Rusiyalıların 33 faizi seçkilərin nəticəsinə inanmır  

09:50 17.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sosial Tədqiqatlar üzrə Ekspert İnstitutunun (EISRI) adından VTsIOM tərəfindən aparılan ümummilli sorğuya əsasən, rusiyalıların üçdən biri seçkinin nəticələrinə inanmır.

Hafta.az-ın yazdığına görə, sorğuda iştirak edənlərin 61 faizi nəticələrə inandığını, 6 faizi isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Digər tərəfdən, respondentlərin 38 faizi federal, regional və yerli daxil olmaqla, bütün seçkilərdə mütləq iştirak edib səs verdiyini, 25 faizi isə imkan daxilində seçkiyə getdiyini bildirib.

Sorğuya qatılanların 74 faizi 3 günlük yeni səsvermə sistemini dəstəklədiyi halda, 60 faizi uzaqdan onlayn səsvermə sisteminin daha faydalı olduğunu bildirib.

2020-ci ilin noyabrında keçirilən oxşar sorğuda seçkinin nəticələrinə etibar etməyənlərin nisbəti 50 faiz, inananların nisbəti 46 faiz, cavab verməyənlərin nisbəti isə 4 faiz olub. Beləliklə, Rusiyada seçkinin nəticələrinə inananların sayının artdığı görünür.